Haqqımızda
Məmmədoğulları
2003-cü ildən fəaliyyət göstərən MƏMMƏDOĞULLARI mebel fabriki bu gün Azərbaycan mebel bazarında öz sözünü uğurla demiş şirkətlərdən biridir. Bu müddət ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Məhsullarımızın çeşid çoxluğu, dizayn xidmətlərimiz, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər MƏMMƏDOĞULLARI şirkətinə məhsullarını ölkə bazarında təklif etməyə daha yaxşı zəmin yaradır.
Evinizdə və ya ofisinizdə komfortlu mühitin yaradılması, təcrübəli mütəxəssislərimiz və geniş texniki imkanlarımız sayəsində mümkündür. Dizaynerlər mebel, rəng və üslub seçimində müxtəlif təkliflərini təqdim edir, mebelin yerləşdirilməsi formalarını işləyib hazırlayırlar. Bu proses optimal rahatlığı özündə cəmləşdirir.
Şirkətimiz tərəfindən istehsal olunan hər bir məhsul növünə 1 il müddətində zamanət verilir.
Bir təşkilat kimi müştərilərimizin rahatlığı fəaliyyətimizin təməl prinsiplərindən biridir.

Missiyamız
Daha rahat, daha zövqlü və daha keyfiyyətli məhsullar təqdim etmək.
Dəyərlərimiz, Dürüstlük, Səmərəlilik və təşəbbüskarlıq, Peşəkarlıq və yaradıcılıq, İnam və məsuliyyətlilik;
MƏMMƏDOĞULLARI şirkətini digər şirkətlərdən fərqləndirici xüsusiyyətləri:
Tərəfdaşlarımızın qayğısına qalan şirkət;
Məhsullarımızı istehsal edərkən istehlakçıya təqdim etmək istədiyimiz yalnız mebel deyil. Mebellə birlikdə biz onlara Funksionallıq, Rahatlıq və Gözəllik təqdim edirik.
Fəaliyyətimiz
Bu dəyərlər fəaliyyətimizin və təqdim etdiyimiz keyfiyyətin təməl prinsipləridir.
İstehsalın bütün mərhələləri bu dəyərlər əsasında qurulmuşdur.
Funksionallıq, Rahatlıq və Erqonomiklik
Dizayner və konstruktorlardan ibarət bu komanda şirkətə mebel modellərinin layihələndirilməsində və modelin istehsala təqdimi prosesində iştirak edir.
Mebel istehsal prosesinin hər bir mərhələsində, xammal alışından başlayaraq məhsulların paketlənməsinə qədər bütün proseslər ciddi keyfiyyət nəzarətindən keçir.
Sizin üçün istehsal edirik. Sizin xidmətinizdəyik!


Çatdırılma və quraşdırılma
Mebelin çatdırılması və quraşdırılması xüsusi təlim keçmiş montaj qrupumuz tərəfindən operativ şəkildə, peşəkar səviyyədə və ən qısa müddətdə fabrikimizdən, sifarişçi tərəfindən göstərilmiş ünvana (ev və digər) daşınması, və quraşdırılması nəzarətdə tutulur. Mebelin ünvanına çatdırılması və quraşdırılması şirkətimiz tərəfindən ödənişsiz həyata keçirilir.